Rusiya Ukraynanı qoşunların Xersondan çıxarılması zamanı hərbçilərə sui-qəsd təşkil etməkdə ittiham edir.
Ukrayna tərəfi isə bu iddiaları rədd edir.
Sitat.info xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, Xersonun azad edilməsi ilə bağlı bütün “sui-qəsd nəzəriyyələri” yalandır.
Danilovun Ukrayna telemarafonunun efirində dediyi kimi, ruslar hələ sentyabr ayında Ukraynanın cənubda əks-hücumun başladığını elan edəndə Dnepr çayının sağ sahilindən qoşunlarını çıxarmağa başlayıblar.
"Kimdəsə belə bir fikir var ki, guya qoşunlar 2 gün ərzində, Surovikin Şoyqu ilə birlikdə qurduğu tamaşadan sonra qaçıblar. Ancaq bu yalandı. Əməliyyatımız başlayandan onlar artıq qaçmışdılar. Qoşunlarımız əlindən gələni edir ki, ərazlərimiz bütün işğalçılardan təmizlənsin, - Danilov vurğulayıb.
Nərgiz,
SİTAT.İNFO