Ankara Suriyanın şimalındakı PKK terrorçularına qarşı daha bir xüsusi əməliyyat keçirməyi planlaşdırır.
Sitat.info xəbər verir ki, bu barədə “Röyters” adının çəkilməsini istəməyən türkiyəli yüksək səviyyəli məmura istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, hazırda İraqda PKK terrorçularına qarşı əməliyyat dava edir:
“Onun başa çatmasından sonra bizim Suriyada konkret hədəflərimiz yaranacaq. PKK və ya İŞİD-in Türkiyəyə qarşı təhdidləri qəbuledilməzdir. Ankara bu və ya digər şəkildə cənub sərhədi boyunca təhlükələri aradan qaldıracaq”.
/Axar.az