Ukraynalı komandir Rusiya ordusunun ən zəif nöqtəsini AÇIQLADI

17:04 15 Noyabr 2022

Ukrayna Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, briqada generalı Viktor Xorenko Rusiya Ordusunun zəif nöqtələrini açıqlayıb.

 

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Xorenko rus ordusu ilə bağlı, "Biz Rusiya ilə döyüşəndə ​​görürük ki, Rusiya qüvvələrinin böyük əksəriyyəti gecə əməliyyatları keçirmir. Biz bu boşluqdan istifadə etməliyik" – deyib.

O, Ukrayna əsgərlərinin gecə döyüş qabiliyyətlərini artırmaq üçün Qərbdən gələn gecəgörmə cihazları kimi qabaqcıl texnologiyalardan istifadə edə biləcəklərini söyləyib:

“Gecədə daha səmərəli davranmağı öyrəndikdən sonra gecə görmə cihazları kimi bütün lazımi materiallara ehtiyacımız var”.

/Manset.az



Xəbər xətti