Rusiya-Ukrayna müharibəsindən 9 ay keçməsinə baxmayaraq, Rusiyada prezident Putinə yaxın olan şəxslər bu prosesdə ölkədən qaçmağa davam edir. Nəhayət, Putinin masajçısının ölkədən qaçdığı məlum olub. Qaçışla bağlı diqqəti çəkən detallar var.
Sitat.info xəbər verir ki, Britaniya mətbuatı Putinə ən yaxın adlardan birinin, onun “xüsusi masajçısının” Belarusa qaçdığını bildirdi. Bildirilib ki, masajçı iyul ayında oğlunun maşını ilə ölkədən qaçıb, 4 gün sonra isə onun 29 yaşlı oğlu “müəmmalı səbəblərdən” ölü tapılıb.
Ölkədən qaçan masajçı ilə bağlı diqqətçəkən detallar gündəmə gəlib.
Masajçının müəmmalı şəkildə ölkəni tərk etdikdən sonra, Rusiya hakimiyyəti masajçının investisiya şirkətləri və su və elektrik şirkətlərindəki payları ilə bağlı hərtərəfli araşdırmaya başlayıb. Mənbələrin bildirdiyinə görə, həkim şirkətlərinə mənimsəmə ittihamı ilə basqın olunacağından qorxaraq Belarusa gedib.
Rusiya mətbuatına danışan mənbələr, qaçışı yenicə üzə çıxan Konstantin Qoloşçapovun Putinin ən şəxsi sirlərini bilən nadir insanlardan biri olduğuna diqqət çəkib. Milyarder iş adamının bildiyi çox özəl məlumatlara görə qorxudan xilas ola biləcəyi, oğlunun ölümünün də bununla bağlı ola biləcəyi iddia edilib.
Putin kimi döyüş idmanı ilə maraqlanan Qoloşçapov da Rusiya liderinin ən yaxın dostlarından olub. Bildirilir ki, Qoloşçapov bir müddət Putinin bel ağrısını müalicə etməyə də kömək edib.
Yunan və Xorvatiya pasportlarına sahib olduğu qeyd edilən Qoloşçapov o vaxtdan bəri gözdən itib.
Ona yaxın olan bir çox adlar Putinin hakimiyyəti dövründə hökumətin dəstəyi ilə sərvət qazansa da, son vaxtlar bəzi şəxslərə qarşı korrupsiya iddiaları ilə bağlı araşdırmalar aparılıb. Rusiya hökumətinin bu araşdırmalardan siyasi təzyiq və iqtisadi manipulyasiya üçün istifadə etdiyi də məlumdur.
Ukraynada müharibənin davam etdiyi bir vaxtda xüsusilə Rusiyanın enerji şirkətlərində çalışan bir çox yüksək vəzifəli şəxslərin müəmmalı şəkildə ölməsi də suallar yaradıb.
Nərgiz,
Sitat.info