Əli azərbaycanlıların qanına batmış, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan və 3 erməni deputat həbs oluna bilər.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan danışıb.
Onun sözlərinə görə, qanunla problem yaşayan və parlament mandatından məhrum olacaq bu şəxslərin həbsi reallaşa bilər.
Xatırladaq ki, Ohanyan bir zamanlar Ermənistan rəhbərliyində təmsil olunmuş və hazırda da təmsil olunan bəzi şəxslər kimi Xocalı faciəsinin təşkilatçılarından, qətliam qatillərindən biridir. O, habelə digər hərbi cinayətlər törədib.
Murad