Çinin cənubundakı Quançjou şəhərində koronavirusa qarşı sərt tədbirlərə etiraz aksiyası keçirilib.
Sitat.info xəbər verir ki, Çinin cənubundakı Quançjou şəhərinin Haizhu rayonunda qəzəbli izdiham dünən axşam saatlarında Kovid-19 karantinləri səbəbilə qurulan barrikadaları yıxıb. Sosial şəbəkələrdəki videolarda noyabrın 5-dən sərt karantin tədbirləri altında yaşayan məhəllə sakinlərinin qoruyucu kombinezon geyinmiş məmurlarla mübahisə edib, mühafizəçiləri qovub. İnsanlar barrikadaları təpiklə yıxmağa çalışıb.
Çində 18 minə yaxın yoluxma qrydə alınıb. Təxminən 19 milyon əhalisi olan Quançjou şəhərində gündəlik yoluxma sayı 5 mini keçib.
Nərgiz,
SİTAT.İNFO