Ukrayna HHQ İran istehsalı olan 10 ədəd PUA vurdu

23:59 15 Noyabr 2022

Ukrayna Hərbi Hava Qüvvələri 3,5 saata Rusiyanın İran istehsalı 10 ədəd “Şahid-136” PUA-sı, 1 ədəd “Orion” PUA-sı, “Kalibr”, X-101, X-555 tipli 73 ədəd qanadlı raket zərərsizləşdirib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, qeyd olunan hücumların dəf edilməsi yerli vaxtla 14:30-dan 18:00-dək baş tutub.

/Manset



Xəbər xətti