Kiyev vilayətində rus işğalçıları üç rayona raket hücumu edib, 15-dən çox yaşayış binası və iki qeyri-yaşayış sahəsi dağıdılıb.
Sitat.info xəbər verir ki, Kiyev vilayəti polisinin mətbuat xidməti bu haqda açıqlama yayıb.
Məlumatda deyilir ki, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri səmərəli işləyib, bunun sayəsində onlar daha dağıdıcı nəticələrin qarşısını ala bilib, lakin bəzi yaşayış məntəqələrində dağıntılar qeydə alınıb.
"İşğalçıların raketinin krateri və qəlpələri Kiyev vilayətinin yaşayış məntəqələrindən birinin yaxınlığında polislərimiz tərəfindən aşkar edilib. Meydanda ölümcül silahın hissələri tapılıb. Hava hücumundan müdafiə qüvvələrinin sayəsində bu barədə məlumat vermək mümkündür. Düşmənə layiqli cavab”, - Kiyev vilayətinin polis rəisi Andrey Nebytov bildirib.
İcmaların ərazilərində raket hücumunnda dolayı ölən və ya itki yoxdur.
Nərgiz,
SİTAT.İNFO