Son dəqiqə! Polşaya düşən Ukraynanın S-300-ləri ola bilər! Bayden təsdiqlədi

13:42 16 Noyabr 2022

Raketlərin Prjewodow kəndindəki fermaya düşməsi bütün dünyanı ayağa qaldırdı.

Rusiya daha əvvəl ABŞ-ın bu gün  gündəmə gətirdiyi məlumatı açıqlamış və Ukraynanın S-300-lərinin Polşanı vurduğunu demişdi. Bu gün  ABŞ lideri Bayden də müttəfiqlərinə eyni məlumatı verib.
Qeyd edək ki, fevralın 24-də Ukraynaya hücum edən Rusiya, Xersonda biabırçı şəkildə geri çəkildikdən sonra çərşənbə axşamı, axşam saatlarında Ukraynanı yenidən raketlərlə bombalayıb.

Bildirilir ki, paytaxt Kiyev daxil olmaqla, demək olar ki, hər bir şəhərə doğru atılan raketlərin sayı 90-dır. Qərb ölkələri tərəfindən xeyli miqdarda hava hücumundan müdafiə sistemləri ilə təmin edilən Ukrayna ordusu Rusiya raketlərindən 77-ni vurmağa nail olub. Havada vurulanlar arasında 11 pilotsuz təyyarə də olub. Hava hücumundan müdafiə sistemlərindən yan keçən raketlər Kiyev və digər şəhərlərdə kritik infrastruktur obyektlərini vurub.
Ukraynada səmanı tüstü bürüyərkən Polşa sərhədindən gələn partlayış xəbəri birdən bütün dünyanın diqqətini Prjevodov kəndinə yönəltdi. Məlum olub ki, iki raket Ukrayna sərhədindən cəmi səkkiz kilometr aralıda yerləşən Prjevodov kəndinə düşüb.

Kənddə iki mülki vətəndaşın ölümünə səbəb olan raket xəbəri ilk olaraq Polşa mətbuatında yer alıb. Xəbərdən sonra Associated Press, adının açıqlanmasını istəməyən ABŞ kəşfiyyatının yüksək səviyyəli zabitinə istinadən iki raketin sərhədi keçərək Polşaya düşdüyünü yazıb.

ABŞ prezidenti Bayden G20 sammiti zamanı jurnalistlərə verdiyi açıqlamada başsağlığı ilə yanaşı, hadisəni işıqlandırmaq üçün araşdırmalara başlandığını  açıqladı:

"Biz Ukrayna sərhədi yaxınlığındakı Polşa kəndlərində baş verən partlayışla bağlı Polşanın tədqiqatlarına dəstək verməyə razılaşdıq və mən baş verənlərin tam olaraq üzə çıxaracağımıza əmin olacağam. Sonra kollektiv şəkildə növbəti addımımızı müəyyən edəcəyik. Masada oturanların hamısı eyni fikirdədir. Mən bunu tam araşdırana qədər demək istəmirəm, ancaq bu raketlərin Rusiyadan alovlanma ehtimalı çox azdır, amma görəcəyik..."

Nərgiz,

SİTAT.İFNO



Xəbər xətti