Neftin qiyməti ucuzlaşdı

12:42 26 İyun 2024

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,3 ABŞ dolları, yaxud 0,3 % azalaraq 88,28 ABŞ dolları olub.

Sitat.info xəbər verir ki, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 85,40 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

 



Xəbər xətti