Nensi Pelosi Tayvana getməsinin səbəbini açıqlayıb.
SİTAT.İNFO xəbər verir ki, o, demokratiyanı dəstəkləmək və Çinin adanı təcrid edə bilməyəcəyini göstərmək üçün Tayvana getdiyini deyib.
Vaşinqtonda keçirdiyi mətbuat konfransında Pelosi nümayəndə heyətinin Tayvana səfərindən “çox qürur duyduğunu” vurğulayıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri “Çin mənim səfərimdən hərbi təlimlər keçirmək üçün bəhanə kimi istifadə etdi” - deyə əlavə edib.
Pelosi ilə Tayvana gedən Nümayəndələr Palatasının üzvü Qreqori Miks də BBC-yə açıqlamasında səfərdən peşman olmadığını bildirib.
"ABŞ-ın öz dostlarından üz döndərməyəcəyini göstərmək vacib idi", - Miks deyib.
Nərgiz,
SİTAT.İNFO