Rusiya prezidenti Vladimir Putinin ideoloqu sayılan politoloq Aleksandr Duqinin qızı Darya Duqina içində olduğu avtomobilin partladılması nəticəsində həlak olub.
SİTAT.İNFO xəbər verir ki, əsl hədəfin Aleksandr Duqin olduğu təxribatı Rusiyada fəaliyyət göstərən Milli Respublika Ordusu (Nationalnaya Respublikanskaya Armiya) öz üzərinə götürüb. Təşkilat öz manifestində müharibə tərəfdarlarına və Putinə qarşı müharibə elan etdiklərini bəyan edib.
Belə ki, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan politoloq Aleksandr Duqin şənbə günü Moskva yaxınlığındakı Zaxarovada keçirilən “Ənənə” ədəbiyyat və musiqi festivalına onun müavini və mətbuat katibi işləyən qızı Darya Dugina ilə qatılıb. Festivalın proqramına uyğun olaraq, Duqin “Ənənə və tarix” mövzusunda mühazirə oxuyub.
Festivalın digər iştirakçısı, skripkaçı Peter Lundstrem daha sonra bildirib ki, Duqinin qızı ilə Moskvaya öz şəxsi avtomobili ilə getməsi gözlənildiyi halda, o, cipi qızına verib və başqa maşınla Moskvaya qayıdıb.
Duqinin qızının ölümü ilə nəticələnən bombalı hücuma görə Rusiyada fəaliyyət göstərən Milli Respublika Ordusu məsuliyyəti üstlənib.
Partlayış Darya Duqinanın tək sürdüyü cipdə, Zaxarovadan 3 kilometr aralıda və təxminən 10 dəqiqə sürdükdən sonra, saat 21:30 radələrində əsas yolda hərəkətdə ikən baş verib. Hadisə şahidlərinin sözlərinə görə, partlayışın təsiri ilə avtomobil yol kənarındakı binaya çırpılaraq alovlanmağa başlayıb. 30 yaşlı Dugina avtomobildə yanaraq faciəvi şəkildə ölüb.
Az sonra hadisə yerinə gələn Duqin başını əlləri arasına alıb və uzun müddət şok keçirib. Rusiya mətbuatında yer alan xəbərə görə, partlayışla bağlı şərhlərin əksəriyyətində belə yazılır: “Aleksandr Duqini birbaşa hədəfə alan sui-qəsddə atasının avtomobilini idarə edən qız həyatını itirdi”.
Nərgiz,
SİTAT.İNFO