Dünya Covid-19 və meymunçiçəyi epidemiyaları ilə mübarizə apararkən, Hindistandan yeni bir epidemiya xəbərdarlığı gəldi.
SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, ilk dəfə bu ilin may ayında aşkarlanan və 5 yaşa qədər 82 uşağı xəstələndirən pomidor qripinin ən bariz 5 əlaməti var: "Dəridə iri qırmızı qabarcıqlar, yüksək hərarət, yorğunluq, bədən ağrıları və şiddətli oynaq ağrıları. Mütəxəssislər hələ peyvəndi və müalicəsi olmayan virusa qarşı ən təsirli müalicənin bol maye qəbul etmək və istirahət etmək olduğunu vurğulayırlar.
Pomidor qripi kimi tanınan bu xəstəlik ilk dəfə bu ilin may ayında aşkarlanıb və indiyədək 5 yaşa qədər 82 uşaq bu xəstəliyə yoluxub. Adını dəridə əmələ gələn iyrənc qırmızı qabarcıqlardan alan pomidor qripi də yüksək hərarət, səpgi və şiddətli oynaq ağrılarına səbəb olur.
İndiyə qədər Hindistanın Kerala əyalətinin Kollam rayonu və yaxınlıqdakı bir neçə rayonla məhdudlaşıb və rəsmilər onun yayılmaması üçün tədbirlər görüblər.
Hindistandan verilən məlumata görə, “pomidor qripi” xəstəliyinin çox yoluxucudur, xəstə şəxslər bir həftə müddətinə təcrid olunmalıdırlar.
.Pomidor qripinin ən bariz əlaməti dəridə iri qırmızı qabarcıqların əmələ gəlməsidir. Digər simptomlara yüksək hərarət, yorğunluq, bədən ağrıları və şiddətli oynaq ağrıları daxildir.
Səid,
SİTAT.İNFO