Ruslar Zaporojye AES-in ərazisinə texnika toplayır və stansiyada hərbi personalın sayını artırıblar.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
"Dünən, avqustun 22-də işğalçılar əlavə olaraq stansiyanın təmir zonasına iki zirehli transportyor və altı xüsusi yük maşını gətiriblər. Ümumilikdə, hazırda stansiyanın ərazisində 40-dan çox hərbi texnika yerləşdirilib. Birinci enerji blokunun yaxınlığında 16 hərbi maşın, ikincinin yanında isə yeddi hərbi maşın var. Eyni zamanda, ruslar xeyli sayda canlı qüvvə də cəlb ediblər”,- məlumatda deyilib. (Axar.az)