Paşinyanın istefası tələbi ilə aksiya keçirilir

20:49 23 Avqust 2022

İrəvanın Respublika meydanında bir neçə yüz nəfər müxalifət fəalı Baş nazir Nikol Paşinyanın istefasını tələb etmək üçün toplaşıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, aksiyanın təşəbbüskarı, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryanın sözlərinə görə, müxalifətçilər Paşinyanla görüş keçirmək niyyətindədirlər:

“Gündəlikdə yalnız bir məsələ var - onun istefası. Məndə elə təəssürat yaranıb ki, o, hökumət binasında deyil, amma eybi yoxdur, bura gələ bilər. Vergi ödəyiciləri onun üçün 2 milyon dollarlıq avtomobil alıblar, onun vertolyotu da var. Onlardan istifadə etsin və bizimlə görüşə hökumət binasına gəlsin”. 

Meydana toplaşanlar hökumət əleyhinə şüarlar səsləndirirlər. Polis yüksək hazırlıq vəziyyətindədir. Hökumət binasının qarşısında kordon qurulub.

 

 



Xəbər xətti