Almaniya Ukraynaya 500 milyon avroluq silah verəcək

20:59 23 Avqust 2022

Almaniya Ukraynaya 500 milyon avro məbləğındə əlavə silah-sursat verməyi planlaşdırır.

"Sitat.info" xəbər verir ki, Kanadada səfərdə olan Almaniya kansleri Olaf Şolts AFR-in Ukraynaya əlavə olaraq hava hücumundan üç IRIS-T müdafiə sistemi, 10 zirehli təmir-təxliyə maşını, 20 raket qurğusu, yüksək dəqiqliyə malik döyüş sursatı və pilotsuz uçuş aparatlarından müdafiə sistemləri təqdim etmək niyyətini açıqlayıb.

Agentliyin bildirdiyinə görə, sılahlar 2023-cü ildə veriləcək, lakin texnikaların bəzi növləri daha əvvəl verilə bilər. Olaf Şoltsun Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə töhfə adlandırdığı silah tədarükü planı hələ Bundestaqın büdcə komitəsi tərəfindən təsdiq edilməlidir.

 

/Qafqazinfo



Xəbər xətti