Ukrayna və Darya Duqinanın ölümü arasında hər hansı əlaqəsi yoxdur.
Sitat.info xəbər verir ki, bu sözləri Ukaryna Prezidenti Vladimir Zelenski deyib.
“Bu, bizim məsuliyyətimiz deyil. Ölkəmizin vətəndaşı deyil. O, bizi maraqlandırmır. Ukrayna ərazisində də deyil”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) D.Duqinanın Ukrayna xüsusi xidmət orqanları tərəfindən qətlə yetirildiyini açıqlamışdı.