Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ müdafiə naziri Lloyd Ostin ilə telefonla danışıb.
“Sitat.info” xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirlikdən verilən məlumata görə, NATO, ikitərəfli və regional məsələlərin müzakirə olunduğu görüşdə Akar və Ostin müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə Ukraynada baş verənlər, terrorla mübarizə və F-16-ların tədarükü ilə bağlı fikir mübadiləsi aparıblar.
/Qafqazinfo