ABŞ bu dronları Ukraynaya verəcək

10:01 24 Avqust 2022

ABŞ Ukraynanın müstəqillik günündə ölkəyə əlavə hərbi yardım paketini elan edəcək.

Sitat.info xəbər verir ki, bu barədə “ABC Nyus” məlumat yayıb.

Telekanal yeni paketə dronların daxil ola biləcəyini açıqlayıb:

“Əllə buraxılmış “Puma”, katapultla buraxılan və uzunmüddətli müşahidə üçün istifadə edilən “Scan Eagle”, gəmilərdən buraxıla bilən “Britiş Vampir” dronları yeni yardım paketinə daxil ola bilər. Bu hərbi yardım paketi Ukraynaya uzunmüddətli müdafiə mövqeyini təmin etməyə imkan verəcək. Hazırda ukraynalı müdafiəçilərə nəinki tez kəşfiyyat aparmağa, həm də işğalçıların mövqelərinə mərmi atmağa kömək edən pilotsuz təyyarələr lazımdır”.

/Axar.az



Xəbər xətti