Son dəqiqə! İsrail əsgərləri tabuta hücum etdi!  Əl-Cəzirə müxbirinin dəfn mərasimində QARŞIDURMA

17:53 13 May 2022

Fələstində öldürülən Əl-Cəzirə müxbiri Şirin Ebu Akilenin cənazəsi bu gün son mənzilə yola salınıb. Jurnalistin cəsədi Qüdsdəki xəstəxanadan çıxarılarkən İsrail təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında gərginlik yaranıb. Fələstin bayraqları daşıyan kütləyə təhlükəsizlik qüvvələri müdaxilə edib. İsrail əsgərlərinin qaçqın düşərgəsinə basqını zamanı başından güllə yarası alaraq həyatını itirən “Əl-Cəzirə”nin müxbiri Şirin Ebu Akilenin dəfn mərasimi zamanı gərginlik yaşanıb. 
SİTAT.İNFO xəbər verir ki, cəsəd Qüdsdə xəstəxanadan çıxarılarkən İsrail təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurma yaranıb. Fələstin bayraqları daşıyan kütləyə təhlükəsizlik qüvvələri müdaxilə edib.

Aralarında atlıların da olduğu İsrail polisi dəyənək, səs bombası və rezin üzlüklü güllələrlə dəfn mərasiminə müdaxilə edib. Yaralılara tibbi yardım göstərilib. İsrail polisinin müdaxiləsi zamanı Əbu Akilenin cəsədi çiyinlərdə meyitxanaya aparılıb. İsrail polisi morqun qarşısında bir müddət gözlədikdən sonra tabut cənazə maşınına yüklənib. 

 Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres İsrail təhlükəsizlik qüvvələri tərəfindən Sirin Əbu Akilenin vurularaq öldürülməsindən dəhşətə gəldiyini qeyd edərək, məsul qurumları müstəqil və şəffaf araşdırma aparmağa çağırıb, məsuliyyət daşıyanların istintaqa cəlb olunmasını tələb edib.  

Fələstin hakimiyyəti ilə İsrail arasında istintaqla bağlı gərginlik də davam edir. Əslində, Fələstin Administrasiyası İsrailin birgə araşdırma təklifini rədd edib. Fələstin rəhbərliyi Əbu Akileni öldürən gülləni İsrail rəsmilərinə təhvil verməyəcəyini açıqlasa da, İsrail müdafiə rəsmiləri öz araşdırmalarını apardıqlarını bildiriblər.

Əl-Cəzirə telekanalının fələstinli müxbiri Şirin Əbu Akile İsrail əsgərləri tərəfindən başından güllələnib, daha bir jurnalist isə yaralanıb. Kanalın verdiyi açıqlamada Əbu Akilenin aparıldığı xəstəxanada öldüyü, yaralanan fələstinli jurnalist Əli Samudinin isə kürəyindən güllə yarası aldığı, vəziyyətinin stabil olduğu bildirilib. Mərhum jurnalistin həmkarları 15 ildir Fələstin-İsrail qarşıdurmalarını izləyən Əbu Akilenin əynində “mətbuat” yazılan jilet və dəbilqə taxması və İsrail snayperlərinin ona qəsdən atəş açmasını deyiblər.

İsrailin xarici işlər naziri Yair Lapid Fələstin administrasiyasına “birgə araşdırma” təklif etdiyini açıqlayıb.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti