SON DƏQİQƏ! Rusiya bu şəhəri işğal etdi VİDEO

12:28 14 May 2022

Rusiya qoşunları Ukraynanın Rubijne şəhərini ələ keçirib. Beloqorovkada itki verib, buna görə də bütöv bir batalyon artıq hücuma keçməkdən imtina edib.

Oxu24.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

"Rubijnedə, təəssüf ki, onlar demək olar, hər şeyə nəzarət edirlər - amma Milli Qvardiyaçılarımızın qoruduğu məhəllələrə üçüncü aydır daxil ola bilmirlər. Rubijnenin özündə vəziyyət mürəkkəbdir: su, qaz yoxdur. İşğalçıların fəxr etdiyi yeganə şey budur – bağladığımız xəstəxananı açmaları", - o deyib.

Qayday bildirib ki, Donetsk vilayəti ilə sərhəddə güclü döyüşlər gedir, Rusiya hərbçiləri Popasna və Beloqorovka istiqamətindən magistral yolu bağlamağa çalışırlar.

 

 



Xəbər xətti