Belarusun Polşadakı səfiri Vladimir Çuşev vəzifəsindən azad edilib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Belarus lideri sərəncam imzalayıb.
Qeyd edək ki, V.Çuşev 2019-cu ildə Polşaya səfir təyin edilib, 2020-ci ilin oktyabrında isə Minskə çağırılıb, ölkəni müvəqqəti işlər vəkili təmsil edib.
Polşa Ukraynanın müdafiəsində xüsusilə fərqlənən və Rusiya ilə bərabər, Belarusa qarşı da ən sərt mövqe nümayiş etdirən ölkələrdən biridir.