80-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

15:25 14 May 2022

Müharibənin 80-ci günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 165 təyyarəsi, 125 helikopteri, 858 PUA-sı, 304 zenit-raket kompleksi, 3051 tank və digər zirehli texnikası, 372 reaktiv yaylım atəş sistemi, 1507 artilleriya və minaatanı, 2898 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.



Xəbər xətti