Suriyanın Həma vilayətinin Misyaf bölgəsində Bəşər Əsəd qüvvələrinə məxsus bəzi nöqtələrə İsrailin hava hücumu təşkil etdiyi iddia edilib.
Sitat.info xəbər verir ki,bu barədə Suriyanın SƏNA agentliyi məlumat yayıb.
Hücumun axşam saatlarında edildiyi, 5 nəfərin öldüyü deyilib.
Raket zərbələri Əsəd ordusunun bir sıra hərbi mövqelərini məhv edib.
/Teleqraf.com