ABŞ-ın Rusiyaya 3 şərti var - Rus səfir

10:09 15 May 2022

ABŞ Rusiyanı hərbi əməliyyatların dayandırılması şərti ilə Ukrayna ilə danışıqlara sövq edir.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

“Amerikalılar, prinsipcə, bizi hər tərəfdən danışıqlara sövq edir, lakin müəyyən şərtlər daxilində və mən üç belə şərti qeyd edərdim: Birincisi, xüsusi hərbi əməliyyatın dayandırılması, ikinci, Rusiyanın fevralın 24-dək olan mövqelərinə geri çəkilməsi, üçüncüsü, etdiyin hər şeyə görə tövbə etməkdir”, - səfir qeyd edib.

 

 



Xəbər xətti