Rusiya işğalçıları Mariupoldakı “Azovstal” zavodunun ərazisinə fosforlu və ya yandırıcı bomba atıblar.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Mariupol şəhər merinin müavini Pyotr Andryuşenko deyib.
“Mariupol. Dünən işğalçılar ilk dəfə şəhərin müdafiəçilərinə qarşı yandırıcı ya da fosforlu bombalardan istifadə etdilər”, - Andryuşenko bildirib.
Onun sözlərinə görə, ruslar da 9M22S yandırıcı mərmilərindən istifadə etdiklərini etiraf ediblər.
Qeyd edək ki, bu bombanın yanma temperaturu təxminən 2-2.5 min dərəcədir. Onun alovunu demək olar ki, söndürmək olmur.