Onları NATO-ya qəbul edəcəyik - Conae

11:48 15 May 2022

Müraciətlər olarsa, əminəm ki, İsveç və Finlandiyanın üzvlük məsələsi ilə bağlı müsbət qərar veriləcək.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu NATO baş katibinin müavini Mirça Conae deyib.

“Dünən İsveç və Finlandiya XİN başçıları bizimlə görüşə qatıldılar. Biz bu ölkələrin demokratik prosedurlarını bilirik və hörmət edirik. Əgər onlar NATO-ya üzv olmaq qərarına gəlsələr, mən əminəm ki, müttəfiqlər onların alyansa daxil olmasını konstruktiv və müsbət qiymətləndirəcəklər. Finlandiya və İsveç artıq NATO-nun ən yaxın tərəfdaşlarıdır, biz onlarla müxtəlif sahələrdə işləyirik. Onlar artıq Avroatlantik təhlükəsizliyinə töhfə verirlər”, - Conae bildirib.

 

 

 



Xəbər xətti