İşğalçılar bütün qüvvələrini Luqansk istiqamətinə yığırlar. Onların əsas məqsədi vilayəti mühasirəyə almaqdır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Hazırda Severodonetskin Şedrişevo və Voronovo qəsəbələri yaxınlığında döyüşlər davam edir. Bundan başqa, Popasnaya ərazisində rus texnikasının yığılması müşahidə olunur. Ruslar Rubejnoe, Severodonetsk və Lisiçanskda Ukrayna hərbçilərini mühasirəyə alıblar”, - Qayday bildirib.