Nə qədər lazımdırsa, mübarizə aparacağıq - Kuleba

14:31 15 May 2022

Ukrayna Rusiya ilə danışıqlara hazırdır.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Bild” nəşrinə açıqlamasında deyib.

“Atəşkəs Ukrayna ərazilərinin azad edilməsi yolunda ilk addımdırsa, bunda pis heç nə yoxdur. Biz ərazi güzəştləri ilə razılaşmayacağıq. Diplomatiyaya hazırıq, lakin iztirablarımızın davam etməsinə imkan verməyəcəyik. Ukrayna özünü müdafiə etmək və davamlı sülhü bərqərar etmək üçün nə qədər lazımdırsa, mübarizə aparacaq”, - Kuleba bildirib.

 

 



Xəbər xətti