Ukraynaya böyük silah partiyası göndərilir - Kuleba

14:53 15 May 2022

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ dövlət katibi Entoni Blinken arasında Berlində görüş baş tutub.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, Kuleba Tvitter səhifəsində görüş zamanı yeni silahların göndərilməsi ilə bağlı müzakirə aparıldığını yazıb.

“Ukraynaya böyük ölçüdə silah və digər yardım yoldadır. Dövlət katibi Blinkenə və ABŞ-a liderliklərinə və sarsılmaz dəstəyə görə minnətdarıq”, - Kuleba bildirib.

 

 



Xəbər xətti