Rusiya kapitulyasiyaya hazırlaşır? Hoces nəyə işarə etdi?

15:11 15 May 2022

Rusiya Ukraynaya qarşı müharibədə kapitulyasiya imkanlarını nəzərdən keçirir.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hoces bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Ukraynada kapitulyasiya ehtimalını istisna etməsi ilə bağlı açıqlamasına cavab olaraq deyib.

“Bu o deməkdir ki, onlar həqiqətən belə bir real ehtimalın olduğunu etiraf edirlər”, - Hoces bildirib.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Moskvanın kapitulyasiyaya imza atmaq niyyətində olmadığını demişdi.

 

 



Xəbər xətti