Bütün dünya liderləri çalışır, Putin razı deyil!

09:06 16 May 2022

“Azovstal” müdafiəçilərini xilas etmək üçün beynəlxalq təşkilatlar və praktiki olaraq bütün dünya liderləri çalışır, lakin Rusiya Prezidenti Vladimir Putin buna razılıq vermir.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

O bildirib ki, ölkə hakimiyyəti “Azovstal”ın müdafiəçilərinin azad edilməsi üçün çox işlər görür, lakin bu, hərbi əməliyyatdır və onun təfərrüatını açıqlamaq mümkün deyil.

Malyarın sözlərinə görə, əgər hazırda zavodda hərbi əməliyyat keçirmək və blokadadan çıxarmaq mümkün olsaydı, Ukrayna Silahlı Qüvvələri bunu mütləq edərdi:

"Müxtəlif planlar nəzərdən keçirilir və hazırlanır, lakin bunlar hərbi planlardır, onları açıqlaya bilmərik. İndi demək olar ki, bütün dünya liderləri Putinlə danışığa cəlb olunub. Dövlətimiz onların hamısı ilə əlaqə saxlayır. Putinlə əlaqə saxlamaq üçün bütün mümkün beynəlxalq təşkilatlar cəlb olunub".

 

 



Xəbər xətti