Dünya bu hadisədən danışır! Ölən adamın gözləri yenidən canlandı, professorlar donub qaldı

09:49 16 May 2022

Utah Universitetinin Moran Göz Mərkəzinə orqan bağışlanması üçün gətirilən və beyin ölümü keçirən xəstənin gözləri 5 saat sonra dirildilib. Tibb tarixində bir ilk olan bu hadisə ilə ölümdən sonra dirilmə olub-olmaması sualına cavab axtarılacaq.
Amerika Birləşmiş Ştatlarının Utah Universitetinin Moran Göz Mərkəzində eşidənləri həm qorxudan, həm də sevindirən hadisə baş verib.

Orqan donorluğu üçün mərkəzə gətirilən və orqanları çıxarılmağa hazırlanan şəxsin ölümündən 5 saat sonra gözləri canlanıb.

Dr. Fatimə Abbasın rəhbərlik etdiyi həkim briqadası xəstənin gözlərini çıxardıqdan sonra gözləri şüalarla müalicə edib. Prosedur sayəsində mərhumun gözləri yenidən açılıb və düz irəli baxmağa başlayıb. Öz sahəsində bir ilk olan bu hadisədən sonra yeni bir araşdırmaya başlanılıb.

BEYİN ÖLÜMÜNDƏN SONRAKI HƏYAT ARAŞDIRILACAQ
Dr. Fatimə Abbas və komandası şahidi olduqları hadisə ilə bağlı ətraflı məlumat almaq üçün araşdırmaya başlayıb. Komanda olan və  beyin ölümü gerçəkləşən bir xəstənin dirilməsi ehtimalının olub- olmadığını öyrənmək üçün fasiləsiz təqdiqatlara başlanıb. 

"BUNU İLK BİZ YAŞAYIRIQ"
"Nature" jurnalında da dərc olunan araşdırma haqqında danışan Dr. Frans Vinberq, "bizim tor qişa hüceyrələrimiz var ki, bir-birimizlə canlı gözdəki kimi danışaq. Ölümdən sonra bu qişanın canlanması hadisəsi, əvvəllər heç vaxt əldə edilməmiş bir şey idi".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti