Belarus qoşunlarının sərhəddə yerləşməsi Ukrayna ordusunu Donbasdakı əməliyyatlara dəstək verməkdən çəkindirə bilər.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu günə qədər Belarus qoşunları münaqişədə birbaşa iştirak etməyib. Lakin Belarus ərazisindən Rusiyanın Kiyev və Çerniqova hücumunda tramplin kimi istifadə olunurdu. Bundan başqa Rusiya Belarus ərazisindən uçuşlar və raket zərbələri üçün istifadə edirdi”, - məlumatda qeyd olunub.