Ukrayna ordusunun Xarkov istiqamətindəki əks-hücumunu dayandırmaq mümkün deyil.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
“Ruslar da hiss edir ki, bizim əks-hücumumuzu dayandıra bilməyəcəklər. Ona görə də xaotik şəkildə geri çəkilirlər, hücumlarımızın qarşısını almaq üçün körpüləri partladırlar”, - Denisenko bildirib.
Onun sözlərinə görə, ruslar qorxurlar ki, Ukrayna ordusu onların arxasına keçə bilər, ona görə də yolu kəsməyə çalışırlar.