Böyük Britaniyada kraliça II Elizabetin taxta çıxmasının 70-ci ildönümü ilə bağlı 8 ərazi şəhər status alıb.
APA BBC-ə istinadən xəbər verir ki, yeni yaradılan şəhərlər İngiltərədə Milton Keyns, Şotlandiyada Danfermlayn, Şimali İrlandiyada Banqor, Uelsdə Reksham, habelə xarici ərazilərdə bir neçə yaşayış məntəqəsidir.
Şəhər tituluna iddiaçılar ötən il ərzində öz mədəni irsini nümayiş etdirməklə qazanıb.
Britaniyada şəhərlərin genişlənməsi İngiltərədə 55, Şotlandiyada səkkiz, Uelsdə yeddi və Şimali İrlandiyada altı olmaqla, Böyük Britaniyada şəhərlərin sayını 76-ya çatdırdı.