“Nikol satqındır” - İrəvanda Litva prezidenti belə qarşılandı

13:05 20 May 2022

Ermənistanın “Müqavimət” müxalifət hərəkatının üzvləri İrəvana səfər edən Litva prezidenti Gitanas Nausedanın prezident iqamətgahına daxil olan kortejini “Nikol satqındır!”, “Türksüz Ermənistan!”, “ Nikolsuz Ermənistan”, "Ayıb olsun!" şüarları altında qarşılayıblar.

AzVision.az Sputnik Ermənistana istinadən xəbər verir ki, Litva nümayəndə heyətini və Nausedanı iqamətgah binasına daxil olmazdan əvvəl Ermənistan prezidenti Vaaqn Xaçaturyan qarşılayıb.

Polis “Müqavimət” hərəkatının tərəfdarlarına iqamətgahın darvazalarına yaxınlaşmağa imkan verməyib. Hazırda prezidentlərin görüşü keçirilir. Etirazçılar iqamətgahın qarşısında etirazlara davam edirlər.



Xəbər xətti