Rusiya ordusunun Ukraynanın Luqansk bölgəsinə təşkil etdiyi hücumda 13 mülki vətəndaşın həlak olduğu açıqlanıb.
Rusiyanın Ukraynaya hücumları davam edərkən, ölkənin hər yerində mülki yaşayış məntəqələri bombalanır.
SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, Rusiya ordusu son olaraq yenə Ukraynanın Luqansk vilayətini hədəfə alıb: "Hücum nəticəsində bir çox mülki yaşayış məntəqəsi zərər görüb, 13 mülki vətəndaş həyatını itirib.
Hücumdan sonra Luqansk qubernatoru Valisi Sergey Gayday sosial media hesabından açıqlama verib ki, 13 nəfər həlak olub: "Düşmən Luqansl və Severodonetsk yaxınlığında hücumlarını davam etdirir. Severodentskdə 12 mülki vətəndaş, Hirskedə 1 mülki olmaqla 13 nəfər həyatını itirib".
Ləman Sərvanqızı
SİTAT.İNFO