Mayın əvvəlində Tomsk, Kirov və Saratov vilayətlərinin qubernatorları, həmçinin Mari Elin rəhbəri istefaya göndərildilər. İstefaya göndərilən qubernatorların səlahiyyət müddətləri sentyabr ayında- Rusiyada müxtəlif səviyyələrdə, o cümlədən qubernator seçkilər keçirilən vahid səsvermə günündə başa çatmalı idi. Onlar bunu öz razılıqları ilə etsələr də, aydındır ki, Kreml rəhbərinin iradəsi olmasaydı, Ukrayna müharibəsinin davam etdiyi vaxtda bu cür kadr dəyişikləri baş verməzdi.
SİTAT.İNFO "musavat.com"-a istinadən xəbər verir ki, mətbuatda müharibə və sanksiyalar səbəbindən qubernator seçkilərinin ləğv oluna və ya dayandırıla biləcəyi barədə məlumatlar da yayılıb.
Ötən ilin sentyabrında Dövlət Dumasına regional hakimiyyət haqqında qanun layihəsi təqdim edilib ki, bu da digər məsələlərlə yanaşı, qubernatorların ardıcıl iki müddətdən artıq seçilməsinə imkan verir. Qanun layihəsi indiyədək yalnız birinci oxunuşda qəbul edilib. Ekspertlər bu təşəbbüsün prezident kimi, qubernatorların da postunda qalmaq müddətinin “sıfırlamağa” imkan verəcəyinə diqqət çəkirlər.
Qanun layihəsinin qəbulu Moskva meri Sergey Sobyanin və səlahiyyət müddəti 2023-cü ildə başa çatacaq Moskva vilayətinin qubernatoru Andrey Vorobyova üçüncü müddətə namizəd olmaq imkanı verəcək. Dəyişikliklər Çeçenistan rəhbəri Ramzan Kadırovun və Tatarıstan lideri Rüstəm Minnixanovun hakimiyyətdə qalmasına şərait yarada bilər.
Mayın 20-də Vladimir Putin Kalininqrad vilayətinin qubernatoru Anton Alixanovla regiondakı vəziyyəti müzakirə edib. Rusiya mediasının məlumatına görə, prezidentlə qubernator arasında söhbət gərgin keçib.
Putin:
- Sizinlə müzakirə etmək istədiyim məsələlər var. Sizdə bütövlükdə tikinti sektorunda kifayət qədər nəzərəçarpacaq dərəcədə azalma var. Bu nə ilə bağlıdır?
Qubernator:
- Xüsusi hərbi əməliyyat başlayandan sonra maddi-texniki logistika müvəqqəti olaraq pozulub. Biz hələ də xaricdən çox şey alırdıq. Təchizatları yeni reallıqlara uyğunlaşdırmaq üçün bizə vaxt lazımdır. Vilayətin qazlaşdırılmasında çətinlik var. Litvadan keçən boru kəməri işlənmə üçün lazım olandan daha az yanacaq daşıyır.
Putin:
-"Qulaq as, bizim xüsusi hərbi əməliyyatımızı bu işdə bəhanə etmək olmaz. Lazım deyil…
Qubernator:
-Lazım deyil…
- Yox, sən bunu etdin. Ancaq bunu demək lazım deyil, çünki 2020-2021-ci illərdə vilayət tənəzzül yaşayır və tikintidə nəzərəçarpacaq dərəcədə azalma var. Ona görə də Donbasda xüsusi hərbi əməliyyatın bununla heç bir əlaqəsi yoxdur.
- Mən izah etməyə hazıram. İcazə verin, xahiş edirəm…
- Ehtiyac yoxdur. Sadəcə olaraq, bu keçid, açığını desəm, o qədər də aktual deyildi. Bəli, indi, əlbəttə ki, əlavə çətinliklər var - bunlar hamısı aydındır. Amma mən artıq dedim: 2020-2021-ci illərdə tikintidə 48,9% azalma olub. Nə yaxşı ki, siz bunu bilirsiniz, ona diqqət yetirin…