Yaponiyadan Çinə xəbərdarlıq: Bu qəbuledilməzdir!

12:01 21 May 2022

Yaponiya hökuməti Çinin Şərqi Çin dənizindəki mübahisəli sularda birtərəfli qaz yatağı kəşfiyyatı fəaliyyətinə reaksiya verib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Baş naziri Fumio Kişida açıqlama yayıb.

“Çinin Şərqi Çin dənizində birtərəfli qaz yatağı kəşfiyyatı fəaliyyəti ilə məşğul olur. Eksklüziv iqtisadi zona və kontinental şelf sərhədlərinin olmadığı bir şəraitdə birtərəfli fəaliyyət çox təəssüf doğurur və qəbuledilməzdir”, - baş nazir vurğulayıb.



Xəbər xətti