Türkiyə milli müdafiə naziri Hulusi Akar Pakistan səfəri çərçivəsində bu ölkənin müdafiə naziri Xavaca Məhəmməd Asiflə görüşüb.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, tərəflər görüş zamanı regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edib.
Bundan başqa, iki ölkə arasında hərbi əməkdaşlığın daha da artırılmasının vacibliyi vurğulanıb.