ABŞ-ın Miçiqan ştatının Geylord şəhərində tornado baş verib.
Sitat.info xəbər verir ki, maşınları aşırıb ağacları kökündən çıxaran tornado yanacaqdoldurma məntəqəsinə, anbarlara və evlərə böyük ziyan vurub.
Tornado zamanı ən azı 2 nəfər ölüb, 44 nəfər yaralanıb. Miçiqan qubernatoru fövqəladə vəziyyətin elan olunduğunu açıqlayıb.
/Axar.az