Bu, Rusiyaya qarşı “atom bombası”dır – Orban

23:02 21 May 2022

AB-nin Rusiyaya qarşı sanksiyaları “atom bombasıdır”.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib.

O bildirib ki, Macarıstan hazırda Brüsseldə davam edən iqtisadi tədbirlərə qoşulmur.

Orbanın sözlərinə görə, Rusiyaya atılan “atom bombalarından” qorunmaq olmur, onun dalğaları digər ölkələri də vurur, qiymətlər kəskin qalxır.

Qeyd edək ki, AB ölkələri Rusiyaya qarşı 6-cı – enerji qadağası barədə hələlik razılığa gələ bilməyiblər.



Xəbər xətti