Ukrayna Silahlı Qüvvələrinin genişmiqyaslı əks-hücum keçirməsi ehtimalı azdır, çünki bu, ordunun taktika və strategiyasına uyğun gəlmir.
Sitat.info xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
Onun sözlərinə görə, əvvəllər Kiyev, Çerniqov, Sum vilayətlərində, indi də Xarkov vilayətində Ukrayna ordusunun düşmənin saxlaya bilmədiyi ərazilərdə əks-hücum əməliyyatları keçirib:
"İndi Ukrayna ordusunun taktika və strategiyasının əsasını düşmənin qarşısını alan müdafiə təşkil edir. Daha sonra isə onun öncül hissələrinin məhv edilməsi. Biz tükəndirmə müharibəsinin elementlərini görürük. Əgər düşmənin saxlaya bilmədiyi ərazilər varsa, orada əks-hücum başlayır. Bu, elə də sürətli taktika deyil. Amma bu, nəinki ukraynalı hərbçilərin, mülki vətəndaşlar arasında da itkilərin çoxalmasının qarşısını almağa imkan verir”.
/Axar.az