Filippində 5,8 bal gücündə zəlzələ baş verib.
Sitat.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentrinin paytaxt Maniladan cənubda yerləşən Nasuqbu yaşayış məntəqəsindən 7 kilometr cənub-şərqdə, ocağının isə 168 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.