ABŞ Prezidenti Co Bayden Yaponiya Baş naziri Fumio Kisido və Quad ölkələri liderləri ilə görüş üçün Tokioya səfər edib.
Sitat.info xəbər verir ki, bu barədə NHK kanalı məlumat yayıb.
Məlumata görə, Baydenin təyyarəsi ABŞ Hərbi Dəniz Donanmasının Yokosukadakı bazasına enib.
ABŞ və Yaponiya liderləri arasında görüş sabaha planlaşdırılır. Danışıqların əsas mövzusu Ukrayna ətrafındakı vəziyyət və Çinin regionda mövcudluğu nəzərə alınmaqla ABŞ-Yaponiya müttəfiqlik münasibətlərinin gücləndirilməsi olacaq. Yaponiyanın müdafiəsi, o cümlədən “nüvə çətiri” ndən istifadə ilə bağlı ABŞ-ın mövqeyinin dəyişməzliyi təsdiqlənəcək/Axar.az