ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (QSC) rəhbəri, general Mark Milli bildirib ki, böyük dövlətlər arasında genişmiqyaslı münaqişə riski artıb.
Sitat.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə o, “West Point” Hərbi Akademiyasının məzunları qarşısında çıxışı zamanı bildirib.
“Biz indi iki dünya gücü ilə - Rusiya və Çinlə üz-üzəyik. Bu ölkələrin hər biri əhəmiyyətli hərbi potensiala malikdir və mövcud qaydalara əsaslanan nizamı dəyişməkdə qərarlıdırlar”, - Milli deyib.
O qeyd edib ki, ABŞ getdikcə qeyri-sabitləşən dünyaya daxil olur. Milli əlavə edib ki, hazırda dünya böyük dövlətlər arasında ciddi beynəlxalq münaqişə potensialına malikdir. “Bu potensial azalmır, artır”, - deyə o, vurğulayıb.