Müharibə baha başa gəlir - Rus ordusunun itkiləri “qırmızı xətt”i keçdi

18:00 22 May 2022

Fevralın 24-də Ukraynaya qarşı işğal başlayandan bəri Rusiya ordusunun 29 mindən çox hərbçisi öldürülüb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Fevralın 24-dən mayın 22-dək Rusiya Silahlı Qüvvələrinin ümumi döyüş itkiləri təxminən belədir:

Canlı qüvvə - təxminən 29 min hərbçi;

Tank – 1285 ədəd;

Zirehli döyüş maşını – 3 141 ədəd;

Artilleriya sistemi - 599 ədəd;

Yaylım atəş sistemi - 201 ədəd;

Hava hücumundan müdafiə sistemi - 93 ədəd;

Təyyarə - 204 ədəd;

Helikopter - 170 ədəd;

PUA - 470 ədəd;

Qanadlı raket - 107 ədəd;

Gəmi/kater - 13 ədəd;

Nəqliyyat vasitəsi - 2 194 ədəd;

Xüsusi avadanlıq - 43 ədəd.

“Ötən gün ərzində düşmənin ən böyük itkiləri Baxmut istiqamətində qeydə alınıb. Məlumatlar dəqiqləşdirilir”, - Baş Qərargahın açıqlamasında vurğulanıb./Teleqraf.com

 

 



Xəbər xətti