Almaniyanın Hamburq şəhərində Polşa Baş Konsulluğunun binasına siyasi motivli hücum olub.
Sitat.info Axar.az-a istinadən xəbər verir k, bu barədə yerli polisin məlumatında deyilir.
Bildirilib ki, naməlum şəxslər binanın divarını rəngləyib, şüşələrini sındırıblar. Həmçinin konsulluğun həyətyanı sahəsində iki avtomobil şini də yandırılıb.