Danışıqların dondurulması təşəbbüsü Kiyevdən gəlib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi və Ukrayna ilə danışıqlardakı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib.
O bildirib ki, Rusiya heç vaxt yüksək səviyyəli dialoqdan imtina etməyib:
"Vladimir Putin bunu dəfələrlə təsdiqləyib. Yeganə məsələ ondan ibarətdir ki, prezidentlər arasında görüşün baş tutması üçün ciddi hazırlıq lazımdır. Yəni, yüksək səviyyədə hazırlıqlı sənədlər lazımdır".